24 Mart 2018 15:59
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sosial şəbəkələrlə bağlı müraciətlər Mərkəzi Seçki Komissiyasında araşdırılacaq".

Teleqrfa.com xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.

M.Pənahov deyib ki, KİV-lərlə bərabər, sosial şəbəkələr də diqqət mərkəzində olacaq.

MSK sədri dairə və məntəqə seçki komissiyalarına da xəbərdarlıq edib: "Dairə və məntəqə seçki komissiyaları üçün ən yüksək şərait yaradılıb, komissiya üzvlərinin peşəkarlığını artırmaq üçün təlimlər keçirilməkdədir. Bütün bunları nəzərə alaraq, yanlışlığa yol verən komissiya üzvlərinin bağışlanmayacağını bir daha bəyan edirəm".


Müəllif: Teleqraf.com