9 Avqust 2014 14:23
1 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan respublikasının prezidenti İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyevanın yeni fotosu yayılıb.

Teleqraf.com-un məlumatına görə, ölkənin birinci xanımının şəklini Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, akademik Nərgiz Paşayevanın qızları sosial şəbəkədə paylaşıblar.

Heydər Əliyev Fondunun prezidenti olan Mehriban xanımın yeni fotosu maraqla qarşılanıb. Xanımın əynində olan, üzəri rəngarəng güllərlə bəzədilmiş libas isə izləyicilərin diqqətini çəkib.

Minlərlə insan tərəfindən bəyənilən fotoya: "Qızlarınızdan heç seçilmirsiz" şərhləri yazılıb.
Sözügedən fotonu sizə təqdim edirik.


Müəllif: