10 Avqust 2014 21:14
2 473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oyun oynayan uşağın yıxılması bədbəxt hadisəyə səbəb olub.

Hadisə Türkiyənin Nevşəhər əyalətində baş verib. Evlərində oyun oynayan 9 yaşlı Əsra oyun zamanı yerə yıxılıb. Bu zaman yerdə olan qayçı onun gözünə girib.

Xoşbəxtlikdən qayçının bir ucu sağ gözünün altındakı sümüyə, o biri ucu isə burnuna girib.

Doqquz yaşlı Əsranı Nevşəəhər Dövlət Xəstəxanasına çatdırıblar. Əməliyyat edilərək çıxarılan qayçı 9 yaşlı uşağın üzü və gözündə ciddi problemə səbəb olmayıb. Əməliyyatdan sonra 1 gün xəstəxanada qalan Əsra evə buraxılıb./axar/


Müəllif: