18 Aprel 2018 13:01
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi Göyəzən dağında köməksiz vəziyyətdə qalan iki nəfəri xilas edib.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, aprelin 17-də axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qazax rayonu, Abbasbəyli kəndi ərazisində yerləşən Göyəzən dağında 2 nəfər köməksiz vəziyyətdə qalıb.

Yerin çətinkeçilən qayalıq ərazi və sutkanın qaranlıq vaxtı (gecə saatları) olduğunu nəzərə alaraq Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi axtarış-xilasetmə işlərinə cəlb olunub. Bir neçə saat davam edən axtarış işləri nəticəsində hər iki vətəndaşın yeri müəyyən olunub. Xilasedicilər köməksiz vəziyyəydə qalmış 1997-ci il təvəllüdlü Mirzəyev Qasım İbrahim oğlu və 1999-cu il təvəllüdlü Qocayev Cəfər Arzu oğlu ilə müvafiq psixoloji söhbətlər aparıb, daha sonra ikisi də, təxminən 150 metr hündürlükdən endirilərək hadisə yerində olan həkim briqadasına təhvil verilib. Əməliyyat uğurla başa çatıb.​


Müəllif: Teleqraf.com