18 Aprel 2018 18:43
2 939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güzəştli mənzillərin vətəndaşlara təhvil veriləcəyi vaxt açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyətinin sədri Samir Nuriyev deyib.

Onun sözlərinə görə, 1843 ailəni mənzillə təmin edəcək Yasamal Yaşayış Kompleksində tikinti işləri sürətlə davam etdirilir:

“Artıq 19 binada konstruksiya və hörgü işləri yekunlaşdırılıb, təmir işlərinə başlanılıb. Cari ilin iyun ayında ilk mənzillərin vətəndaşlara təhvil verilməsi planlaşdırılır. Eyni zamanda, bu şəhərcikdə 960 şagird yerlik ümumtəhsil məktəbi və 240 yerlik uşaq bağçası tikilməkdədir”.

Samir Nuriyev qeyd edib ki, Yasamal Yaşayış Kompleksində bütün işlərin yekunlaşması 2019-cu ilə planlaşdırılır.


Müəllif: İlhamə Əbülfət