19 Aprel 2018 12:52
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçiriləcək “Formula-1 Azərbaycan Qran Pri” yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə 17 marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik ediləcək.

Faiq Xaliqoğlu MMC-dən Teleqraf.com-a verilən məlumata görə, hərəkət sxemində müəyyən dəyişikliklər ediləcək marşrut xətləri arasında MMC-nin istismarında olan 18, 37, 61 və 65 saylı marşrut xətləri də var.

Yarış başa çatanadək qeyd edilən xətlər üzrə fəaliyyət göstərən avtobuslar şəhərin mərkəzində bu küçələrlə hərəkət edəcək:

18 saylı marşrut xətti: Mehdi Hüseyn küçəsi – Bünyad Sərdarov küçəsi – Hüseyn Seyidbyli küçəsi – Mehdi Hüseyn küçəsi.

37 saylı marşrut xətti: Mehdi Hüseyn küçəsi – Bünyad Sərdarov küçəsi – Hüseyn Seyidbyli küçəsi – Nəriman Nərimanov küçəsi.

61 saylı marşrut xətti: Səməd Vurğun küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Rəşid Behbudov küçəsi

65 saylı marşrut xətti: Füzuli küçəsi – Mirzağa Əliyev küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Səməd Vurğun küçəsi – Füzuli küçəsi – Şıxəli Qurbanov küçəsi.


Müəllif: Şəfiqə