19 Aprel 2018 14:04
1 437
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ilin 3 ayı ərzində Azərbaycanda 7 ana ölümü baş verib.

Bu barədə Respublika Perinatal Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova bildirib.

Onun sözlərinə görə, bu il baş vermiş ana ölümləri ilə bağlı 12 nəfərə töhmət verilib, 1 nəfər həbs edilib.

S. Məmmədova qeyd edib ki, 2017-ci ildə 20 ana ölümü faktı qeydə alınıb, 50-dən çox tibb işçisi barəsində inzibati tənbeh tədbiri görülüb./APA/


Müəllif: Teleqraf.com