19 Aprel 2018 15:31
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparılacaq təmir işləri ilə əlaqədar Bakı Metropoliteni QSC-nin “Koroğlu” stansiyasının "piramida" adlandırılan giriş-çıxışı aprelin 21-dən müvəqqəti olaraq bağlanılacaq.

Teleqraf.com quruma istinadən xəbər verir ki, stansiyanın digər bütün giriş-çıxışları ("Alov" parkı, Nəqliyyat Mübadilə Mərkəzi, Milli Gimnastika Arenası, avtomobil dayanacağı, şəhərətrafı kənd və qəsəbələrə hərəkət edən elektrik qatarları istiqamətində) açıq olacaq.


Müəllif: Şəfiqə