20 Aprel 2018 14:28
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin iclası keçirilib.

İclasın gündəliyinə 3 məsələ - Ombudsmanın illik məruzəsi, "Kütləvi informasiya vasitələri haqqında" və "Müəllif hüquqları və əlaqəli şəxslər haqqında" qanunlara dəyişikliklər daxil edilib.

"Kütləvi informasiya vasitələri haqqında" qanuna təklif olunan dəyişikliklərdə göstərilir ki, (maddə 21.1.1) "Reklam haqqında" qanunla reklamı qadağan edilmiş malların istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər.

Həmçinin təklif olunur ki, sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbu nəşrlərdə bu barədə məlumat çap olunmalıdır. Dövri mətbuat nəşrlərdə yayımlanan elanlarda (anonslarda) əmtəə nişanının, reklamvericilərin, sponsorun adının və loqosunun yerləşdirilməsi reklam hesab olunur.

Eyni zamanda, qanunu 1.3-cü maddəsinə yenu məzmunda altıncı hissənin əlavə edilməsi təklif olunur, yəni, sponsor reklamı reklamla bağlı qanunauyğun olaraq yayımlanır.

Bununla yanaşı, 45-ci maddəyə yeddinci hissənin əlavə olunması təklif olunur: "Haqsız, qeyri-dəqiq və gizli reklam "Reklam haqqında" qanununun tələbləri nəzərə alınmaqla təkzib olunur./Trend/


Müəllif: Teleqraf.com