20 Aprel 2018 15:13
1 787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Havanın belə dəyişkən olması bu ay üçün xarakterikdir.

Bunu Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, qeyri-sabit hava şəraiti aprelin 23-nə kimi davam edəcək:

“Bu ay temperatur əsasən yüksək olub, bəzi günlər yayığıntılı və şimal küləyinin güclənməsi ilə keçib, temepratur bir qədər aşağı düşüb. Bu, aprel üçün xarakterikdir. Aprelin 23-25-i arası ölkə ərazisində temperatur yenidən yüksələcək”.

Direktor bildirib ki, bəzi illərdə aprel ayında havanın yüksək və anomal temperatur göstəriciləri olub:

“Respublika ərazisində aprel ayında ən yüksək temperatur 1998-ci ildə müşahidə edilib. Həmin il aprelin 14 və 24-də havanın temperaturu rekord həddə çatıb. Bakıda 31.5, Naxçıvan Muxtar Respublikası və Aran bölgəsində 36-38 dərəcə isti müşahidə olunub.

2012-ci ilin aprel ayında Bakıda 1998-ci ildə müşahidə olunan rekord göstərici təkrarlanıb. Ən isti aprel ayları 1951, 1975, 2000-ci illərdə qeydə alınıb”.

Gülşad Məmmədova qeyd edib ki, Azərbaycan ərazisində aprel ayında anomal soyuq hava temperaturu 1954, 1987-ci ildə qeydə alınıb:

“Ən soyuq aprel ayı 1911-ci ildə qeydə alınıb. Bu zaman Bakıda havanın minimal temperaturu 4 dərəcə şaxta təşkil edib”.


Müəllif: İlhamə Əbülfət