21 Aprel 2018 17:17
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elə ki havalar qızmağa, günəş özünü göstərməyə başlayır, qadınlar qısa yubka, dar köynək geyinir. Eyni zamanda xanımların “dərhal arıqlamalıyam” stresi özünü hiss etdirməyə başlayır.

Teleqaf.com diyetoloqların sağlam şəkildə arıqlamağın əsas şərtlərini göstəriblər.

Onların fikrincə, gün ərzində 3 dəfə yemək lzımdır. Mütəxəssislər ac qalmaq hesabına arıqlamaq anlayışına əsla düzgün hesab etmirlər. Çünki ac qalanda qandakı şəkər düşür və növbəti dəfə daha çox yemək yeyilir. Lakin tez-tez və az miqdarda qidalanmaqla arıqlamaq ən yaxşı üsul hesab olunur. Əsasən də meyvə, çərəz, quru meyvələr, süd, yoğurd kimi yüngül yeməklər daha faydalıdır.

Hər gün 2-2,5 litr su içməyi vərdişə çevirmək gərəkdir. Həmişə yanınızda su gəzdirmək tövsiyə olunur. Susuz nə idmanın, nə də düzgün qidalanmanın faydası olacaq... Su içməyi azaltdıqca bədəndəki yağ və piy miqdarı artmağa başlayır.

Hər gün 1 saat təmiz havada gəzmək məsləhətdir.

Bəyaz unla vidalaşmalı və hər gün günorta yeməyində mütləq buğdadan hazırlanan qara çörək yeyilməlidir.


Müəllif: İlhamə Əbülfət