21 Aprel 2018 13:25
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan müstəqilliyini elan etdikdən bu yana Türkiyədə təhsil alan azərbaycanlıların sayı 125 min olub.

Teleqraf.com xəbər verir ki, Bakıda Kaspi Təhsil şirkətinin təşkilatçılığı ilə "Türkiyə-Azərbaycan təhsil körpüsü" adlı təhsil konfransında çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral belə deyib.

Onun sözlərinə görə, bu gün Türkiyənin Bakıda konfrans keçirməsi heç də təsadüfü deyil:

"Bu, Tükiyə və Azərbaycan arasında genişmiqyaslı münasibətlərin nəticəsidir. Müstəqilliyi dövründə Azərbaycan inkişaf edib. Azərbaycan müstəqilliyini elan etdikdən sonra Türkiyədə 125 min azərbaycanlı təhsil alıb".

Səfir qeyd edib ki, hazırda Türkiyədə unversitetlərdə təhsil alan 14 mindən çox azərbaycanlı var:

"Bu əlaqələr bizi iki dövlət, bir millət kimi daha da yaxınlaşdırır. Biz Türkiyə səfirliyi olaraq əlaqələrimizi gücləndirməyə hazırıq. Bu baxımdan bugünkü tədbir çox önəmlidir".


Müəllif: İlhamə Əbülfət