21 Aprel 2018 13:59
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim bir çox ölkələrin nüfüzlu universitetləri ilə sıx əməkdaşlığımız var.

Teleqraf.com xəbər verir ki, bu sözləri Bakıda "Kaspi" Təhsil şirkətinin təşkilatçılığı ilə "Türkiyə-Azərbaycan təhsil körpüsü" adlı konfransda çıxış edən "Kaspi" qəzetinin təsisçisi, Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva bildirib.

Sona Vəliyeva ulu öndər Heydər Əliyevin təhsil haqqında dediyi fikirləri xatırladıb: "Heydər Əliyev "Təhsil bir millətin gələcəyidir. Əgər istəyirsizsə bir millətin gələcəyi möhkəm olsun, onun təhsilinə fikir vermək lazımdır" - deyə bildirib. Prezident İlham Əliyev də "qara qızıl"ın insan kapitalına çeviləçəyi tezisini irəli sürüb.

Mən üzümü türkiyəli qonaqlara tutaraq deyirəm ki, təhsil üçün gəldiyiniz Azərbaycan sizin doğru məkanınızdır".

Sona Vəliyeva qeyd edib ki, "Kaspi" şirkəti bir çox ölkələrin nüfuzlu universitetləri ilə əməkdaşlıq qurub: "Xarici ölkələrin müxtəlif yerlərinə oxumaq üçün göndərdiyimiz tələbələr artıq təhsil alıb qayıdaraq bizimlə çiyin-çiyinə çalışırlar.

Əminəm ki, Türkiyə ilə Azərbaycanın əməkdaşlığında inkişaf daha sürətlə davam edəcək. Çox istərdim ki, Türkiyəli universitetlər öz imtahanlarını bizim təhsil şirkətində keçirsinlər. Çünki müxtəlif ölkələrdə təhsil alan tələbələrimizin taleyi ilə daim maraqlanırıq. Təhsillərini başa vurduqdan sonra onları taleyini düşünürük. Bu mənada birgə işimiş yaransa, şad olarq".


Müəllif: İlhamə Əbülfət