22 Aprel 2018 18:20
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi rezidenturada həkim-mütəxəssislərin hazırlığını aparan təhsil müəssisələrinin siyahısının təsdiq edib.

Səhiyyə naziri səlahiyyətlərini icra edən Oqtay Şirəliyev tərəfindən bununla bağlı verilmiş əmrə əsasən, rezidenturada həkim-mütəxəssislərin hazırlığını aparan təhsil müəssisələri Azərbaycan Tibb Universiteti, Ə.ƏIiyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Naxçıvan Dövlət Universitetidir.

Əmrdə qeyd edilir ki, hazırda həkim-mütəxəssislərin hazırlığını aparan klinik bazalara rezidentura təhsili üzrə metodik rəhbərlik cari tədris ilindən başlayaraq Azərbaycan Tibb Universitetinin Rezidentura şöbəsinə həvalə edilsin. Siyahıda təsdiq edilən təhsil müəssisələrinin rəhbərlərinə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (Naxçıvan Dövlət Universitetinə münasibətdə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi) ilə razılaşdırılmaqla həkim-mütəxəssislərin təhsil proqramlarına uyğun hazırlığının aparılması üçün müvafiq kadr potensialına və maddi-texniki bazaya malik olan səhiyyə və elm müəssisələri ilə müqavilə bağlamaq səlahiyyəti verilib./Trend/


Müəllif: Teleqraf.com