23 Aprel 2018 09:15
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günndən Bakıda keçiriləcək “Formula-1 Azərbaycan Qran Pri” yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124) avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən xəbər verir ki, 125 nömrəli marşrut xəttinin fəaliyyəti isə müvəqqəti olaraq dayandırılır.

Müvafiq marşrut xətləri üzrə nəzərdə tutulan dəyişikliklərmayın 1-dək qüvvədə olacaq.


Müəllif: Teleqraf.com