23 Aprel 2018 11:34
3 676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə həbs olunaraq Azərbaycana gətirilən “Quska” ləqəbli Hüseyn Abdullayevin keçmiş vəkili danışıb.

Teleqraf.com-a açıqlama verən Kamandar Nəsibov bildirib ki, o, daha Hüseyn Abdullayevin vəkili deyil:

“Hüseyn Abdullayev 2013-cü ildə İnterpol vasitəsilə axtarışa verilən zaman mən onun vəkili olmuşdum. O zaman bəzi məsələlərdə mövqeyimiz üst-üstə düşmədi.

Hazırda Hüseyn Abdullayev Vergilər Nazirliyinin İstintaq İdarəsində dindirilir.

Qeyd edək ki, “Quska” ləqəbli Hüseyn Abdullayevin ölkəyə gətirildiyi barədə məlumat ötən gün axşam saatlarında yayılıb.


Müəllif: İlhamə Əbülfət