23 Aprel 2018 12:11
1 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:43

Energetika Naziri Pərviz Şahbazov Rauf Zeynalovu özünə yeni köməkçi təyin edib.

O, bundan əvvəl Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin investisiyalar və layihələrin idarə olunması şöbəsinin müdiri olub./Report/

Qeyd edək ki, Energetika Nazirliyində aparılmış struktur islahatları nəticəsində nazirin müşaviri vəzifəsi ləğv edilərək nazirin köməkçisi vəzifəsi ilə əvəz edilib. İndiyə qədər müşavir olan "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin keçmiş direktor müavini Zaur Məmmədov nazirliyin aparat rəhbəri təyin olunub.

***

Energetika naziri Pərviz Şahbazov Azərbaycanın Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) qosulmasI məsələsinin gündəmdə olmadığını bildirib.

"Biz hazırda OPEC-lə sıx əməkdaşlıq edirik və bundan çox razıyıq. Gələcəkdə də OPEC+ formatında əməkdaşlığa müvəffəqiyyətlə davam edəcəyik. Bizi OPEC-lə bu gün mövcud olan əməkdaşlıq qane edir", - deyə nazir qeyd edib.


Müəllif: Teleqraf.com