23 Aprel 2018 19:58
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakcell" şirkəti "Formula-1 Azərbaycan Qran-Prisi" günlərində mobil rabitə xidmətlərinə artan tələbatı nəzərə alaraq öz şəbəkəsində xüsusi hazırlıq işləri həyata keçirib.

Teleqraf.com xəbər verir ki, bu məqsədlə Bakı şəhərinin mərkəzində və xüsusilə "Formula 1" yarışının keçiriləcəyi ərazilərdə şəbəkə tutumu artırılıb, şəbəkə tutumu maksimum optimallaşdırılıb.

"Bakcell" istifadəçilərinə daha keyfiyyətli mobil internet xidməti göstərmək, 4G Şəbəkə tutumunun və əhatə dairəsinin genişləndirilməsi məqsədilə 20-dən çox yeni baza stansiyaları işə salınıb, 6 yeni mobil baza stansiya qurulub. Yarış zamanı 24/7 şəbəkəyə nəzarət və müştərilərə dəstək həyata keçiriləcək.


Müəllif: Teleqraf.com