24 Aprel 2018 18:58
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın keçmiş prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin 80 illik yubileyi üzrə İctimai Təşkilat Komitəsinin İşçi Qrupunun toplantısı keçirilib.

Teleqraf.com xəbər verir ki, toplantıda İşçi Qrupun iş planı təsdiq edilib və görüləcək işlərlə bağlı müzakirələr aparılıb.

İlkin müzakirələrin nəticəsində qərara alınıb ki, Ə.Elçibəyin 80 illik yubileyi ilə bağlı təntənəli yubiley tədbirinin keçiriəcəyi yer kimi Heydər Əliyev Sarayının ayrılması üçün ölkə rəhbərliyinə və müvafiq dövlət qurumlarına müraciət edilsin. Bundan başqa, digər bir tədbirin, “Məhsul” stadionunda-açıq hava şəraitində kütləvi yubiley tədbirinin-mitinqin keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilməsi də qərara alınıb.


Müəllif: Teleqraf.com