25 Aprel 2018 10:25
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Meteorologiya Təşkilatının Baş katibi Petteri Taalasın Azərbaycana səfəri çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “İqlim dəyişmələrinə adaptasiya sahəsində meteorologiya təşkilatlarının vacib rolu” mövzusunda konfrans keçirilib.

Teleqraf.com xəbər verir ki, konfransda Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Ümumdünya Meteorologiya Təşkilatının Baş Katibi Petteri Taalas, BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi Qulam İsaqzai və FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri xanım Mələk Çakmakbeynəxalq təşkilatların, dövlət qurumlarının, elmi-tədqiqat institutlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində həmçinin Azərbaycan Respublikası və Ümumdünya Meteorologiya Təşkilatı ilə hüquqi bazanın möhkəmləndirilməsi məqsədilə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Ümumdünya Meteorologiya Təşkilatı arasında Anlaşma Memorandumu” imzalanıb.


Müəllif: İlhamə Əbülfət