25 Aprel 2018 22:57
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan Respublikasının Prezidenti Prokopis Pavlopulosdan Prezident İlham Əliyevin ünvanına təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Zati-aliləri. Dost Azərbaycan xalqının yüksək etimad göstərərək Sizi yenidən dövlət başçısı seçməsi münasibətilə Zati-alinizi təbrik edir, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, Sizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyur, Zati-alinizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına isə tərəqqi və rifah diləyirəm".


Müəllif: Teleqraf.com