26 Aprel 2018 12:00
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müəllimlərin builki işə qəbul qaydalarının layihəsi artıq hazırdır. Bu qaydalarda yeniliklərin tətbiqi nəzərdə tutulur.

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.

O qeyd edib ki, yeni qaydalar növbəti həftələr ərzində təsdiq olunacaq: "Layihə təsdiqləndikdən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək".

E.Bağırov əlavə edib ki, direktorların da işə qəbulu üçün bu il müsabiqənin keçirilməsi nəzərdə tutulur:

"Yəqin ki, müəllimlərin işə qəbulu müsabiqəsi keçirilənədək bu müsabiqə də baş tutacaq. Həmçinin direktorların işə qəbulu qaydalarında dəyişikliklərin edilməsi nəzərdə tutulur. Amma qaydalar hələ hazır deyil"./Trend/


Müəllif: Teleqraf.com