26 Aprel 2018 13:43
1 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Antalya şəhərində keçirilən “Yüksələn Avrasiyada Türkiyə-Rusiya əlaqələrinin gələcəyi” adlı beynəlxalq konfransda Azərbaycan şirkəti olan “Sipark İnşaat” da sponsorlardan biri kimi iştirak edir.

Tədbir başlamazdan öncə şirkətin konfrans salonunun foyesində quraşdırdığı stend iştirakçıların diqqətini cəlb edib. Şirkət təmsilçiləri konfransa qatılan nüfuzlu qonaqlara ”Sipark” haqda məlumatlar veriblər, şirkətin Türkiyədə və Azərbaycandakı projeləri haqda bilgiləndiriblər.

Tədbirdə iştirak edən professor İlham Rəhimov, Antalya Böyük Şəhər Bələdiyyə başqanı Menderes Türel, Rusiyada, Türkiyədə fəaliyyət göstərən iş adamları “Sipark”ın stendinə yaxınlaşıb, şirkətin gördüyü işlərlə maraqlanıblar.

Qeyd edək ki, sözügedən beynəlxalq konfransda Azərbaycanın inşaat sektorundan yalnız “Sipark İnşaat” iştirak edir.


Müəllif: Teleqraf.com