12 Avqust 2014 15:02
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonun Mehdiabad qəsəbəsində əhalinin istifadəsinə min nəfərlik “Xeyir-Şər” evi tikilib istifadəyə verilib.


Bununla bağlı mətbuata açıqlama verən Mehdiabad bələdiyyəsinin komissiya sədri Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, qəsəbə üçün çox böyük bir iş həyata keçirilib:” “Xeyir-şər” evinin tikilməsi birbaşa Abşeron rayon icra hakimiyyətinin başcısı Zakir Fərəcovun təşəbbüsü ilə həyata keçirildi. Binanın inşasında həm də Mehdiabad bələdiyyəsi sədri Əbülfət Nuriyevin də müstəsna xidməti var. Bina bələdiyyənin daxili imkanları hesabına inşa olunub.

Çox qısa müddətə istifadəyə verilmiş bina, iki hissəli böyük zallardan ibarətdir. Həm kişilər , həm də xanımlar üçün nəzrədə tutulub. Bir gündə min nəfər insana xidmət etmək mümkündür. Məncə, Bakı şəhərində bu yeganə binadır. Digər tərəfdən bu həm də onu gösəricisidir ki, artıq Azərbaycanda bələdiyyə institutları da inkişaf edir və gedikcə daha da inkşaf edəcək.

Onu da deyim ki, “Xeyir-Şər” evindən ən çox kasıb təbəqə yararlanacaq. Demək olar ki, istifadə üçün ödəniş haqqı çox azdır.


Müəllif: