17 May 2018 15:24
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mayın 16-da fəaliyyətə başlamış 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2018" və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin ikinci günündə sahibkarlarla görüşüb, stendlərlə tanış olub.

Bu barədə Teleqraf.com-a Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən məlumat verilib.

Agentlik sədri sərgidə iştirak edən "Özdad" MMC, "Gilan Holding" və digər şirkətlərin nümayəndələrini dinləyərək qida təhlükəsizliyi sahəsinin dövlət başçısının birbaşa diqqətində olduğunu vurğulayıb, qida təhlükəsizliyi ilə bağlı qarşıya qoyulan tələblər barədə söhbət açıb. Həmçinin sədr müasir standartlara cavab verən, beynəlxaq bazarın tələblərinə uyğun, rəqabətə davamlı qida məhsullarının istehsalı ilə bağlı sahibkarlara tövsiyə verib.

Q.Təhməzli Agentlik tərəfindən gələcəkdə həyata keçiriləcək qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı və dövlət reyestrinin aparılması qaydaları və qida zəncirinin bütün mərhələlərində təhlükəsizliyin təmin olunması ilə bağlı sahibkarları məlumatlandırıb.


Müəllif: İlhamə Əbülfət