17 May 2018 22:33
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, vitse prezident Zaur Paşayev, ətraf mühit üzrə direktor Faiq Əsgərov arasında tanışlıq görüşü keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, nazirlikdə baş tutan görüş zamanı BP tərəfindən Azərbaycanda həyata keçirilən layihələr, bu layihələrin icrası zamanı ətraf mühitin mühafizəsi ilə əlaqədar fikir mübadiləsi aparılıb, ekoloji standartlara riayət olunması ilə bağlı tövsiyələr verilib.


Müəllif: Teleqraf.com