18 May 00:19

Bu gün Ramazan ayının ikinci günüdür.

Teleqraf.com-un məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 18-də Bakıda imsak saat 03:39, iftar isə saat 20:08-dədir.

Ramazan ayının 2-ci gününün duası:

"Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin".

Tərcüməsi:

"İlahi, məni bu ayda Öz rizana yaxınlaşdır, qəzəbindən və cəzalarından uzaq et. Ey Rəhmlilərin Rəhmlisi, məni bu ayda Öz ayələrini oxumağa müvəffəq et".

Allah orucunuzu qəbul etsin!


Müəllif: Teleqraf.com
Загрузка...