18 May 2018 14:52
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçilərin maaşı140-150 manatı keçmir, texniki işçilər 80 manat maaş alır.

Bu sözləri millət vəkili Fazil Mustafa Milli Məclisdə “Təhsil haqqında” qanuna edilən dəyişikliklərə münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, bu qədər maaş alan müəllimlər 42 gün məzuniyyətə getmək istəmir:
“140 manatı 42 günə günə bölək. Necə xərcləyəcək adamlar bu pulu? Adamlar məzuniyyətə getmək istəmir. Özümüzü aldatmayaq, məktəbəqədər təhsilin bu yükü qaldırmağa imkanı yoxdur”.

Millət vəkili ölkədə məktəbəqədər təhsilin vəziyyətinin ürəkaçan olmadığını vurğulayıb: “Bu gün Azərbaycanda 13-12 faiz arası uşaq məktəbəqədər müəsissələrdən məktəbə gəlir.Yəni bizdə bu məsələdə baza yoxdur. Özəl müəssisələrə imkan yaradılmalıdır. Bağçaya qəbulu 1 yaşa endirdik. Lap yaxşı, amma bu müəssisələr hardadır? Regionların 30 faizində məktəbəqədər müəssisə yoxdur. Onların tikilməsi ilə hansı qurum məşğul olacaq?

Azərbayucanda uşaq bağçalarına diqqət etmək lazımdır. Normal ailə düzəni olmayanlar bu müəssisələrdə müdir vəzifəsinə təyin edilməməlidir. Bağçaların siyahısını çıxarın, özünüz vəziyyəti görəcəksiziniz. İnsanlar necə uşağını etibar etsin bu müəssisələrə?"

Millət vəkili həmçinin bağçaların Təshil Nazirliyinin balansına verilməsini təklif edib: “Təhsil sisteminin köklü islahatlara ehtiyacı var. Həll edə bilməsək, problemlərin altında əziləcəyik”.

Birinci vitse-spiker Ziyafət Əsgərov qanunun perspektiv üçün nəzərdə tutulduğunu deyib: “Bu gün bağça yoxdur, sabah olacaq. Bütün dünyada belədir”.


Müəllif: Gülxar