18 May 2018 22:39
1 547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəhid ailələrinə 11 min manat birdəfəlik ödənişin veriləcəyi tarix müəyyənləşib.

İlkin ödənişlərin bu ilin sonuna kimi həyata keçirilməsi planlaşdırılır. Vərəsələrin adları Əmək və Əhalinin Soail Müadiəsi Nazirliyinin elektron saytında yerləşdiriləcək və sistemə elektron nəzarət mümkün olacaq.

1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik yardım edilməsi ilə bağlı siyahı forması hazırlanıb. Əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən hazırlanan siyahının forması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyi və Dövlət Sığorta Kommersiya Şirkətinə təqdim edilib. Ödənişin hansı şərtlərlə həyata keçiriləcəyi dəqiqləşib.

Nazirliyin şöbə müdiri Fuad Hüseynovun sözlərinə görə həmin qurumlardan rəsmi cavab alındıqdan sonra vərəsələrin adları nazirliyin elektoron saytında yerləşdiriləcək və sistemə elektron nəzarət mümkün olacaq.

Yəni adı siyahıda olan vətəndaş konkret olaraq növbəsini biləcək. İlkin ödənişlərin edilməsinə isə bu ilin son rübündən başlanılacağı proqnozlaşdırılır. Varislər pulun alınması üçün nümayəndə də seçə bilər və yaxud bu vəsait hər bir varisin hesabına ayrı-ayrılıqda köçürülə bilər.


Müəllif: Teleqraf.com