21 May 2018 00:53
2 458
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Memar Əcəmi" metrosundan Höküməli qəsəbəsinə hərəkət edən 156 saylı marşrut avtobusunda çəkilən görüntülər ictimai nəqliyyatda təhlükəsizlik qaydalarına nə dərəcədə əməl edildiyini yenidən gündəmə gətirib.

Pik saatlarda bəzi sərnişinlər qayda-qanunlara tabe olmur və avtobusun qapısından sallanaraq getməkdə israr edirlər. Bu isə onların həyatı üçün təhlükəlidir.

Belə halda sürücü nə etməlidir? Yoluna davam etməli, yoxsa hərəkəti dayandırmalıdır?

Ekspertlər qapısı açıq formada hərəkət edən avtobus sürüclərini 3 bal və 60 manat miqdarında cərimə gözlədiyini bildirirlər.

İctimai nəqliyyatdan istifadə edən sürücü və sərnişinlər bu sujetə baxıb nəticə çıxarmalıdırlar.


Müəllif: Teleqraf.com