23 May 2018 08:42
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Feysbuk” sosial şəbəkəsi səsli paylaşım funksiyasını istifadəyə verib: indi istifadəçilər tərəfindən yazılacaq səsli mesajlar rəngli fonda səsləndiriləcək.

Teleqraf.com “ICTnyus”a istinadən xəbər verir ki, istifadəçilər mesajın fonuna adi şəkillərin dərcində olduğu kimi, stiker, smaylik və şəkillər əlavə edə bilərlər. Bu funksiya ilk əvvəl Hindistan sakinləri üçün əlçatan olacaq, sonra başqa ölkələrin istifadəçiləri də sözügedən funksiyadan yararlana biləcəklər.

Proqramçılar istifadəçinin mətni yığmağa vaxtı olmadıqda bu funksiyanın faydalı ola biləcəyi qənaətindədir.


Müəllif: Teleqraf.com