24 May 2018 09:17
2 299
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci il üçün dünyanın en güclü pasportlarına sahib ölkələrin adları açıqlanıb.

Teleqraf.com xəbər verir ki, beynəlxalq “Henley”-in pasport indeksinə görə, dünyanın ən güclü pasportu Yaponiyaya məxsusdur.

İndeksə görə, Yaponiya pasportu ilə dünyanın 189 ölkəsinə vizasız getmək mümkündür.

Sinqapur və Almaniya siyahıda II və III sırada (188 ölkəyə vizasız gediş), Cənubi Koreya, Finlandiya, Fransa, İtaliya, İspaniya və İsveç isə müvafiq olaraq öz yerlərini tutublar. Bu ölkələrin pasportları ilə 128 istiqamətə vizasız getmək mümkündür.
Azərbaycan siyahının 70-ci pilləsində qərarlaşıb.

Qonşu dövlətlərdən Rusiya 47-ci, Gürcüstan və Türkiyə 49-cu yeri bölüşür.

Ermənistanın adı isə ilk “yüzlük”də yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu