24 May 2018 08:42
2 271
12 Punto 14 Punto 16 Punto 18 Punto

Torpaq Məcəlləsinə edilən dəyişikliyə görə qəbiristanlıqlar altındakı torpaqlardan vergi toplanmayacaq.

Bunu Teleqraf.com-a “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli “Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda edilən dəyişikliyi şərh edən zaman bildirib.

Onun sözlərinə görə, bələdiyyə ərazisində yeni məzarlıq salınarsa, prosesin icrası bələdiyyələrə verilir: “Yeni dəyişiklik nəticəsində əhaliyə dəfn xidmətlərinin göstərilməsi, məzarlıq üçün yerin ayrılması və həmin ərazidə xidmətinin göstərilməsi bələdiyyələrə tapşırılıb. Eyni zamanda, ərazidə yeni məzarlıq salınarsa, prosesin icrası da bələdiyyələrə verilir.

Bir şəxs vəfat edən zaman yaxınları bələdiyyə müraciət edəcək və dəfn üçün yer ayrılacaq. Mövcud qəbiristanlıqlara xidmətin göstərilməsi, yəni ərazidə abadlıq işləri, əhaliyə əlavə pullu və pulsuz xidmətlər sırf həmin ərazinin bələdiyyəsi tərəfindən həyata keçirəcək”.

Vüqar Tofiqli qeyd edib ki, növbəti bələdiyyə xidmətində əhaliyə göstəriləcək pullu xidmətlər təsdiq ediləcək: “Məsələn, bir insan 3-4 qəbir üçün yer götürürsə, onun ətrafına ağac əkilib. Hər gün qulluq etməyə gedə bilmirsə, bələdiyyə ilə müqavilə bağlayacaq. Həmin xidmət pullu olacaq. Bunu bələdiyyə icması özü müəyyənləşdirəcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu imzalayıb. Sənədə əsasən, Torpaq Məcəlləsinin 47-ci maddəsinə əlavə edilib. Əlavə ilə bundan sonra qəbiristanlıqların altındakı torpaqlar bələdiyyələrin mülkiyyətinə verilib.


Müəllif: İlhamə Əbülfət