24 May 2018 08:02
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Instaqram” sosial şəbəkəsində paylaşımları lentdən gizlətməyə imkan verən düymə təqdim edilib.

Bu halda sizin tərəfinizdən gizlədilmiş hesab sahiblərinə heç bir xəbərdarlıq edilməyəcək. Bu haqda informasiya sosial şəbəkənin rəsmi bloqunda dərc edilib.

Teleqraf.com “ICTnyus”a istinadən xəbər verir ki, beləliklə, indi abunəçilikdən çıxmadan istifadəçilərin şəkil və tarixçələrini gizlətmək olar.

Yeni funksiyadan istifadə etmək üçün istifadəçinin profilində və ya onun fotosunda "…" nişanına sıxmaq lazımdır.


Müəllif: Teleqraf.com