24 May 2018 00:58
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Böyük Millət Məclisinin (TBMM) spikeri İsmayıl Qəhrəman bu ölkədə rəsmi səfərdə olan Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovu qəbul edib.

TBMM sədri F. Muradovla bir çox məsələlərlə bağlı fikir mübadiləsi aparıb.

İ. Qəhrəman görüşdə Qarabağ məsələsinə toxunub və bildirib ki, "Qarabağ bizim milli məsələmizdir. Nə yazıq ki, dünyanın gözü önündə böyük haqsızlıq yaşanmaqdadır. Dünya bu və buna bənzər haqsızlıqlara qarşı seyrçi qalmamalıdır".

Komitə sədri F. Muradov isə hər bir azərbaycanlının qəlbinin Türkiyə ilə çırpındığını bildirib: "İnanıram ki, bu ürəklər birləşib böyük işlər görəcək".

F. Muradov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən işlərin iki ölkənin gələcəyi üçün edildiyini qeyd edib. "İnsanlarımız arasında böyük körpülər var. Bu körpülər ulu öndər Heydər Əliyev tərəfindən qurulub. Bunlar sülh və dostluq körpüləridir, - deyə komitə sədri əlavə edib.


Müəllif: Mənbə/Report