24 May 2018 12:13
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və Bəxtiyar Qaracanın “İstiqlal düşüncələri” kitabının təqdimat mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, mərasimdə Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov, millət vəkili Elman Nəsirli, “Gündəlik Teleqraf” media qrupunun rəhbəri Aynur Camal, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və bir çox qələm əhli, tanınmış jurnalistlər iştirak edib.

Mərasimi Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov açıb.

O, Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan tarixində arzulanan hadisələrin təməlini qoyduğunu deyib:

“İnsanlar övlad dünyaya gətirir, övladlar xalqa çevrilir, xalqlar isə dövlət yaradır. Azərbaycan Cümuriyyətinin yaranması tariximizdə yeni mərhələ idi. “İstiqlal düşəncələri” kitabı Cümhuriyyətin yüz illiyinə həsr edilib. Kitab “Veysəloğlu” şirkətlər qrupunun maliyyə dəstəyi ilə ərsəyə gəlib. Buna görə “Veysəloğlu” şirkətlər qrupuna təşəkkür edirəm. Onlar bir müddət öncə milli qəhramanlara aid filmlərin nümayişini də təşkil etmişdilər. Onların bu missiyasını da alqışlayıram.

Adından da göründüyü kimi kitabda Cümhuriyyətə aparan yollardan, Cümhuriyyətin yaranmasında iştirak edən şəxsiyyətlərdən bəhs edilir”.

Əflatun Amaşov onu da qeyd edib ki, kitabda Cümhuriyyətə aparan yollara jurnalist baxışı ilə yanaşı, müstəqilliyimiz üçün Heydər Əliyevin apardığı islahatlar da qeyd olunub.

Əflatun Amaşov Rüstəm İbrahimbəyovun məlum filmi haqda da danışıb. O, öz xalqı haqqında aşağılayıcı fikirlərdə olanları pisləyib.


Müəllif: Xəzər Süleymanlı