24 May 2018 13:52
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam Respublikasından ölkə ərazisinə daxil olan yük avtomobili Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən risk analizləri nəticəsində saxlanılıb və yoxlanılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, rentgen qurğusundan keçirilərkən həmin avtomobilin qoşqusunda şübhəli cizgilər müşahidə olunub. Kinoloji xidmət itinin tətbiqi ilə təkrar baxış zamanı isə xidməti it qoşqudakı dörd paletə reaksiya verib. Daha sonra həmin paletlər açılıb və ümumilikdə 515 kq narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com