24 May 2018 21:25
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzərdə tapılan meyitlər Fövqəladə Hallar Nazirliyinin (FHN) gəmisinin göyərtəsinə götürülüb.

Teleqraf.com nazirliyin saytına istinadən xəbər verir ki, bu gün saat 13:00 radələrində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) aşkarlanan rezin qayıq və içərisində olan 2 nəfərin (şəxsiyyətləri məlum deyil) meyiti FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisinin göyərtəsinə götürülüb.

Hal-hazırda gəmi sahilə doğru hərəkət edir. Meyitlər və qayıq aidiyyəti üzrə təhvil veriləcək.​


Müəllif: Teleqraf.com