28 May 2018 11:00
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunan veloyürüş keçirilib.

Teleqraf.com xəbər verir ki, veloyürüş Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped idman klubu tərəfindən “Xalq Cümhuriyyətinin varisləriyik” devizi altında keçirilib.

Veloyürüşdə DTX-nin rəisi, general-leytenant Mədət Quliyev və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, DTX-nin velosiped klubunun üzvləri, eləcə də həvəskar velosipedçilər iştirak ediblər.


Müəllif: Teleqraf.com