14 Avqust 2014 15:07
1 853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə Sumqayıtda yaşayan dindarlar bu şəhərə gələn Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, Sumqayıtda sələfi qeyri-ənənəvi dini məzhəbinin üzvləri Zöhrab Şıxəliyev və daha 10 nəfər Komitə sədri ilə görüşərək məscid problemini qaldırıblar.

Z.Şıxəliyev tikintisi yarımçıq qalan məscidin tamamlanması üçün M.Qurbanlıdan kömək istəyib. Komitə sədri məsələnin araşdırılacağını və müvafiq qərar veriləcəyini onların diqqətinə çatdırıb.

Qeyd edək ki, dindarlar Zöhrab Şıxəliyevin Corat qəsəbəsindəki evində namaz qılırlar.

Ayxan


Müəllif: