14 Avqust 2014 15:31
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın birinci xanımı, Heydar Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Rusiya-Azərbaycan münasibətlərinin inkişafına verdiyi böyük töhfəyə, “Həştərxan vilayəti ilə bağlı xidmətlərinə” görə ordenlə təltif olunub.

Teleqraf.com-un “nargizemagazine” saytına istinadən məlumatına görə, M.Əliyeva Həştərxan vilayətindəki xeyriyyə fəaliyyətinə, iqtisadi, sosial və mədəni inkişafa göstərdiyi xüsusi diqqətə görə bu medala layiq görülüb.

Belə ki, Heydər Əliyev Fondu Həştərxanda və ətraf ərazilərdə böyük layihələr reallaşdırıb. Orada Heydər Əliyev abidəsi açılıb. Heydər Əliyev adına məktəbin tikilməsi isə planlaşdırılır.

Bundan başqa, Azərbaycan və Rusiya arasında dostluq körpüsü yaradılıb, müqəddəs Vladimir abidəsi və uşaqlar üçün şəhərcik salınıb. Hazırda isə nəzərdə tutulan ən böyük layihələrdən biri uşaq bağçasının tikilməsidir.


Müəllif: