14 Avqust 2014 17:29

Bu gün səhər saatlarında Yerevanın mərkəzində bir neçə yüz yezidi kürdü etiraz aksiyası keçirib.

Teleqraf.com modern.az-a istinadən xəbər verir ki, onlar şəhərin mərkəzindəki Tiqran Meç küçəsində, Ermənistanın Nazirlər Kabinetinin qarşısında toplaşıblar.

Əsas tələbləri isə Şimali İraqda “İslam dövləti” teror qruplaşması tərəfindən təqiblərə məruz qalan soydaşlarına Ermənistan dövlətinin yardım göstərməsi olub. Heç bir rəsmi dövlət nümayəndəsinin narazı kütlənin qarşısına çıxmamasını görən yezidilər yolun üzərində oturaraq, maşınların hərəkəti üçün əngəllər yaradıblar.

Əraziyə cəlb olunan polis və çoxsaylı təhlükəsizlik xidməti əməkdaşı zorla insanları ərazidən çıxarıb.
Xatırladaq ki, Ermənistanda sayları 35 min nəfər, yaxud ölkə əhalisinin 1,2 faizi qədər olan yezidilər ölkənin ikinci ən çoxsaylı xalqı hesab olunur. .


Müəllif:
Загрузка...