28 Aprel 2014 01:45
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Mərkəzinin binası üzərində videomappinq-installyasiya nümayiş etdirilib.

İnstallyasiyasının süjeti Azərbaycan incəsənətini əhatə edib.

Paytaxt sakinləri 15 dəqiqəlik şou ərzində Qobustan qayaüstü rəsmlərinin yarandığı dövrdən bu günə qədər Azərbaycan incəsənətinin müxtəlif dövrlərinə səyahət etmiş, ən önəmli hadisələri, ən maraqlı və dəyərli sənət nümunələrini bu müasir audio-vizual formatda izləyiblər.

Müasir audio-vizual formatda təqdim olunan görüntülər, o cümlədən Azərbaycan xalçaları, Dədə Qorqud, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Mirzə Fətəli Axundzadə, Xurşidbanu Natəvan, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyli, Bülbül, Səttar Bəhlulzadə, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov, Tahir Salahov, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev – böyük maraqla izlənilib.

İnstallyasiya tanınmış pianoçu və bəstəkar, Əməkdar Artist İsfar Sarabskinin musiqisi ilə müşayiət olunub.

Video installyasiya “Hypnotica Visual Performance” komandası tərəfindən təqdim edilib.


Müəllif: