15 Avqust 2014 13:28
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göstərdiyimiz mənzərə ciddi səhv yox, əslində ayıbdır. Dünyanın heç bir ölkəsində dövlətinin bayrağını tanımayan, onu tərs formada dalğalandıran birinə rast gəlməzsiniz.

Təəssüf ki, hələ də Azərbaycanda bayrağını tanımayan, ona hörmət etməyən şəxslər var. Şabran rayonunun şimal girişində Azərbaycanın dövlət bayrağı tərs formada dalğalanır. Rayonun bu işlə məşğul olan qurumları, rəhbərliyi isə nədənsə bu mənzərəni görmür, görürsə də, əhəmiyyət vermir.

Oxucuların Milli.Az-a göndərdikləri biabırçı mənzərə Bakı-Quba yolunun 140-cı kilometrliyindədir. Şabran rayonu ərazisində yerləşən lövhədə Azərbaycan bayrağı tərsinə asılıb.

Şabran Rayon İcra hakimiyyətindən Milli.Az-a bildirildi ki, həqiqətən də belə bir səhv olub və artıq aradan qaldırılıb


Müəllif: