15 Avqust 2014 16:13

Dağlıq Qarbabağ münaqişəsi hərbi yolla həll edlə bilməz.

Bunu ABŞ-ın ATƏT-dəki missiyasının nümayəndəsi Harri Robinson ATƏT-in Vyanada keçirilən iclasında bəyan edib.

ATƏT-in iclasında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində iyulun 31-dən etibarən başlayan döyüşləri müzakirəyə çıxaran amerikalı diplomat bildirib ki, Qarabağ münaqişəsi ilə bağlı təcili tədbirlər görülməlidir.

“ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində hər iki tərəfə kömək etməyə hazırdır. Hücumlar etmək, təxribat xarakterli bəyanatlar vermək tərəfləri münaqişənin sülh yolu ilə həllindən uzaqlaşdırır. Ona görə də Azərbaycanı və Ermənistanı danışıqları davam etdirməyə çağırırıq”, deyə Harri Robinson bildirib.

/anspress/


Müəllif:
Загрузка...