16 Avqust 2014 21:56

Penitensiar xidmətin Həbsxanasında cəza çəkən məhkumların valideynləri xidmət rəhbərliyi tərəfindən qəbul edildi.

Teleqraf.com PX-nin saytına istinadən xəbər verir ki, Penitensiar xidmətin rəis müavini vəzifəsi üzrə səlahiyyətləri müvəqqəti icra edən ədliyyə polkovniki Rafiq Ramazanov qəbula gələnləri salamlayaraq, 07.08.2014-cü il tarixdə Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin Həbsxanada cəza çəkən məhkumların ailə üzvləri və yaxınları ilə gürüşü zamanı qaldırılmış məsələlərlə bağlı xidmətin aidiyyəti qurumları tərəfindən müvafiq araşdırmalar aparıldığını bildirdi.

Qeyd edildi ki, valideynləri yenidən qəbul etməkdə məqsəd real vəziyyəti bir daha onların diqqətinə çatdırmaqla Həbsxanada heç bir aclıq aksiyasının keçirilmədiyini və cəza çəkənlərlə bağlı narahatlığa heç bir ciddi əsas olmadığını bildirməkdir.

Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin Əməliyyat şöbəsinin rəisi, ədliyyə polkovniki Bəylər Abbasov qeyd etdi ki, aparlımış araşdırmalar nəticəsində müəyyən olunub ki, həqiqətən rejim qaydalarını pozmağa və qanunda nəzərdə tutulmamış imtiyazlar əldə etməyə can atan məhkumlar, eləcə də onların bəzi yaxınları tərəfindən digər cəza çəkənlərin ailə üzvlərində təşviş yaratmaq məqsədi ilə Həbsxanada aclıq aksiyası keçirilməsi və məhkumlarla kobud davranış barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. İctimai fikrin çaşdırılmasına yönəlmiş belə xəbərlər isə cəza çəkənlərin yaxınlarının haqlı narazılığına səbəb olaraq onları narahat edir.

Məhkumların yaxınlarını maraqlandıran bütün məqamlara xidmət rəhbərliyi tərəfindən aydınlıq gətirildi. Çıxış edən valideynlər övladlarının qeyd olunan məhkum qruplarının təxribatlarına uymamaları, cəzanın çəkilməsi üçün müəyyən edilmiş rejimin tələblərinə əməl etmələri üçün öz üzərlərinə düşən məsuliyyəti də dərk etdiklərini bildirdilər. Valideynlər Ədliyyə nazirinin müavini Mədət Quliyevə müraciətlərinə verilən ciddi reaksiyaya görə dərin minnətdarlıqlarını və təşəkkürlərini ifadə etdilər.


Müəllif:
Загрузка...