18 Avqust 2014 11:41
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014/2015-ci tədris ili üçün rezidenturaya keçirilən müsabiqənin və qeydiyyatın nəticələri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Teleqraf.com-a verilən xəbərə görə, müxtəlif istiqamətlər üzrə 23 plan yeri boş qalıb. Azərbaycan Tibb Universitetinə 9 yer, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna 3 yer, Respublika Gigiyena-Epidemioloji Mərkəzinə 3 yer, Naxçıvan Dövlət Universitetinə 3 yer tələbat var.

Milli Onkologiya Mərkəzi, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanası, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin hər birinə isə bir boş yer qalıb. Plan yerləri bütün səhiyyə müəssisələrinin əyani şöbələri üzrə elan edilib. Digər yerlər dolub.

TQDK bəyan edir ki, müsabiqədə iştirak etmək istəyən namizədlər 19.08.2014-cü il saat 10:00-dan 21.08.2014-cü il saat 16:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə TQDK-ya müraciət edə bilərlər.

SEVİL


Müəllif: