18 Avqust 2014 12:11
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin iyul ayının 1-nə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri (ƏSMM) tərəfindən “Xalq” fəxri adına görə 161 nəfərə, “Əməkdar” fəxri adına görə 1 781 nəfərə Azərbaycan prezident təqaüdü təyin olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Teelqraf.com-a verilən məlumata görə, Azərbaycan Prezidentinin 26 avqust 2013-cü il tarixli sərəncamına əsasən, fəxri adlara görə aylıq təqaüdlərin məbləği ötən ilin sentyabr ayının 1-dən iki dəfə artırılıb.

Həmin fəxri adları alan şəxslər prezidentin aylıq təqaüdləri ilə büdcə təşkilatlarında işlədikləri həmin təşkilatlar, işləmədikləri və ya qeyri-dövlət sektoruna aid müəssisədə işlədikləri halda rayon (şəhər) ƏSMM-ləri tərəfindən təmin olunurlar.

Naibə


Müəllif: