18 Avqust 2014 14:56
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Yazıçılar Birliyi sentyabr ayından etibarən yeni layihələrə başlayır. Layihələrin əsas məqsədi gənc ədəbiyyat adamlarına dəstək olmaq, həmçinin cəmiyyətdə kitaba, o cümlədən ədəbiyyata marağın daha da artırılmasıdır.

Birliyin mətbuat xidmətinin rəhbəri Xəyal Rza ilk icra olunacaq layihə barəsində məlumat verib. İlk layihə çərçivəsində aybkitab.az adlı yeni sayt yaranacaq və həmin sayt gənc yazarların kitablarını çap etməklə onların onlayn və canlı satışını həyata keçirəcək: “Aybkitab.az layihəsi öncədən üzərində düşündüyüm bir layihə idi.

Əsasən müasir ədəbiyyatın inkişafı üçün, yaradıcı gənclərə dəstək baxımından yaradılmış bir layihədir. Saytın sentyabrın 10-da təqdimatı keçiriləcək. Bundan sonra hər ay 2-3 kitab nəşr edəcəyik kitabların təqdimatını eyni zamanda online satışını da məhz bu sayt təşkil edəcək.

Satılan kitablardan həm nəşriyyatın xərclərini, həm də müəllifin az da olsa qonorarı ödəniləcək kitabları çap olunacaq gənclər isə bu həm müsabiqələr vasitəsilə olacaq həm de saytın koordinatorlarının məsləhəti ilə seçiləcək”.

/modern.az/


Müəllif: