18 Avqust 2014 15:39
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıdakı ali təhsil müəssisəsində yanğın olub.

Hadisə şahidlərinin verdiyi məlumata görə, yanğın Memarlıq və İnşaat Universitetinin həyətində meydana gəlib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib və hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən Teleqraf.com-a bildirilib ki, universitetin həyətində taxta tullantılar yanıb.

Əraziyə cəlb edilən yanğınsöndürənlərin səyin nəticəsində yanğının qarşısı alınıb.


Müəllif: